BMT baş katibi Antoniu Quterreş Moskva və Kiyevi münaqişənin diplomatik yolla həlli üçün səyləri gücləndirməyə çağırıb.

TASS xəbər verir ki, bunu Quterreş Moldovanın Baş naziri Natalia Gavrilitsa ilə danışıqların nəticələrinə dair mətbuat konfransında deyib.

"Rusiya və Ukraynanı beynəlxalq hüquq normalarına, BMT Nizamnaməsinə uyğun olaraq mümkün qədər tez danışıqlar yolu ilə həllə nail olmaq üçün dialoqu artırmağa çağırıram. Həmçinin regional və beynəlxalq tərəfdaşlar bu prosesə dəstək verməlidir", - Quterreş əlavə edib.

.