Ukraynada müharibə Rusiya onu bitirmək qərarı verənədək davam edəcək.

Bunu CNN-ə açıqlamasında BMT Baş katibi Antonio Quterreş deyib.

“Müharibə görüşlərlə başa çatmayacaq. Müharibə Rusiya Federasiyası onu başa çatdırmağa qərar verəndə və atəşkəsdən sonra ciddi siyasi razılaşma ehtimalı olanda bitəcək. Biz bütün görüşləri keçirə bilərik, amma bu, müharibəyə son verə bilməyəcək”, - deyə Baş katib bildirib.

.