Antonio Quterreş dekabrın 19-dan başlayaraq Livana rəsmi səfərə yollanıb. O burada prezident Mişel Ounla, baş nazir və parlament nümayəndələrilə görüşüb.
Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş Livana rəsmi səfərə gedib və bu səfər çərçivəsində prezident Mişel Oun, baş nazir Nəcib Miqati və Parlamentin sədri Nəbih Berri ilə görüşüb.
Bundan öncə Birləşmiş Millətlər Təşkilatının Beyrutdakı ofisi verdiyi bəyanatda bildirib ki, Livanın keçdiyi kritik mərhələdə bu səfər həmrəylik xarakteri daşıyacaq və səfər zamanı baş katib Livana dəstəyini bir daha təsdiqləyəcək.
Baş katib bu səfərdə həmçinin bir sıra dini liderlər və vətəndaş cəmiyyəti nümayəndələri ilə də görüşəcək.
Məlumata görə, Birləşmiş Millətlər Təşkilatının Baş katibinin Livanın cınubuna getməsi, "UNIFIL" qüvvələrinə və İsrailin nəzarətindəki bölgələrlə sərhəddə olan "Mavi xəttə” baş çəkməsi gözlənilir.
.
