Qəzza ətrafında yaranmış vəziyyətlə bağlı BMT Baş Assambleyasının iclası keçirilə bilər.

APA-nın xəbərinə görə, bu barədəBMT Baş Assambleyasının Prezidenti, 75-ci Sessiyasının SədriVolkan Bozkır"Twitter"də bildirib.

"Sabah keçiriləcək BMT Təhlükəsizlik Şurası və İslam Əməkdaşlıq Təşkilatının iclaslarından sonra Şərqi Qüdsdəvə işğal olunmuş Fələstin bölgəsindəki pisləşən vəziyyətlə əlaqədar üzv dövlətlərin tələbi olduğu təqdirdə, vəziyyəti müzakirə etmək üçün BMT Baş Assambleyasının iclasını çağıracağam", BMT Baş Assambleyasının Prezidenti bildirib.

.