BMT Baş Assambleyası ilin son iclasında Təşkilatın 2023-cü il üçün büdcəsini 3,4 milyard dollar məbləğində qəbul edib.

 TASS xəbər verir ki, bu barədə BMT Baş Assambleyası sədrinin mətbuat katibi Polina Kubiyak cümə günü jurnalistlərə bildirib.

Qeyd olunub ki, büdcə BMT-nin Beşinci Komitəsi tərəfindən cümə günü təsdiq edildikdən sonra Baş Assambleyada səsvermə olmadan qəbul edilib.

Xatırladaq ki, 2022-ci ildə büdcə 3,1 milyard dollar idi.

.