
BMT Baş katibinin sözçüsü Stefan Dujarrik Azərbaycanın Londondakı səfirliyinə hücuma reaksiya verib.
Bu barədə Stefan Dujarrik “Report”un yerli bürosunun sualını cavablandırarkən deyib.
“Bu məsələyə BMT Təhlükəsizlik Şurası münasibət bildirməlidir. BMT bütün dünyada diplomatik binalara hörmətlə yanaşmağın vacibliyinə inanır”, - Stefan Dujarrik vurğulayıb.
“Mən bununla bağlı xəbərlərlə mətbuatda tanış oldum. Baş verənlərlə bağlı hər hansı təfərrüatlı birinci əldən məlumatım yoxdur. Ümumi prinsip bəyanatımız olaraq deyə bilərəm ki, BMT bütün dünyada diplomatik binalara hörmətlə yanaşmağın vacibliyinə inanırıq”, - BMT Baş katibinin sözçüsü əlavə edib.
.