Azərbaycanın ev sahibliyi edəcəyi COP29 bizə yeni fürsətlər yaradacaq.

Bunu BMT Baş Assambleyasının 78-ci prezidenti Dennis Fransis XI Qlobal Bakı Forumunda çıxışında deyib.

“COP29-un uğurla keçiriləcəyinə inanıram. Düşünürəm ki, iddialı təkliflər irəli sürüləcək. İqlim dəyişikliyinin həlli üçün yeni bir səhifə olacaq. Planetin gələcəyinin qorunub saxlaması üçün biz təkliflərimizi əsirgəməməliyik. İnanıram ki, hər kəs öz təcrübəsini, biliyini bölüşəcək. COP29 bizə lazım olan transformasiyanı gətirəcək. Qarşımızda duran taleyüklü məsələlərə yol xəritəsi olacaq. Yenidən Azərbaycan hökumətinə mühüm dialoqların aparıldığı platformaya ev sahibliyi üçün təşəkkür edirəm”, - o bildirib.

.