BMT Azərbaycanda COP29-un keçirilməsinə tam dəstək verməyə və ölkəmizlə işləməyə hazırdır.

Bunu BMT Baş katibinin siyasət üzrə müavini Qay Rayderi Prezident İlham Əliyevlə görüşdə deyib.

Qonaq COP29-un ölkəmizdə keçirilməsi münasibətilə təbriklərini çatdırıb.

Dövlət başçısı buna görə öz təşəkkürünü bildirib və qeyd edib ki, Azərbaycan ilə BMT-nin müvafiq strukturları arasında COP29-un uğurla təşkil olunması istiqamətində artıq səmərəli əməkdaşlıq qurulub və nümayəndə heyətləri yaxından işləyir.

.