BMT 2021-2022-ci illərdə Azərbaycan iqtisadiyyatının ildə 2 faiz həcmində artımını proqnozlaşdırır.

Bu barədə BMT-nin "Dünyada iqtisadi vəziyyət və perspektivlər" hesabatına istinadən məlumat verir.

Hesabatda qeyd olunur ki, 2020-ci ildə Azərbaycan iqtisadiyyatında azalma koronavirus pandemiyasının təsiri nəticəsində 3,9 faiz səviyyəsində qiymətləndirilir.

Eyni zamanda, 2021-ci ildə Azərbaycanda inflyasiya 3,2 faiz səviyyəsində gözlənilir.

.