BMT-nin insan haqları üzrə ali komissarı Zeyd Raad əl-Hüseyn Ermənistanın beynəlxalq müşahidəçilərin Dağlıq Qarabağa səfərinə imkan verməməsinə etiraz edib.
APA-nın BMT-nin saytına istinadən verdiyi məlumata görə, o, BMT-nin insan haqları Şurasının 33-cü iclasında çıxışı zamanı bəzi ölkələrin beynəlxalq müşahidəçilər və hüquq müdafiəçilərinin işinə maneələr törətmək cəhdinə diqqət çəkib.
Z. Əl-Hüseyn bildirib ki, idarə əməkdaşları Krım, Abxaziya, Cənubi Osetiya və Dağlıq Qarabağa daxil ola bilmirlər: "Məlum olmayan səbəblərdən onların üzünə qapını bağlayırlar. Bu haqlı olaraq şübhə yaradır ki, BMT əməkdaşlardan nə isə gizlədirlər”.
