ABŞ-nin dövlət katibi Antoni Blinken türkiyəli həmkarı Hakan Fidanla Cənubi Qafqazda sülhün bərqərar olunmasını müzakirə edib.
Bu barədə Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Blinken telefon danışığında oktyabrın 23-də paytaxt Ankarada baş vermiş terror hücumu ilə əlaqədar Türkiyənin baş diplomatına başsağlığı verib.
“Onlar həmçinin artan qarşılıqlı əlaqələrin regionda hamı üçün faydalı olacağı ilə yanaşı Cənubi Qafqazda ədalətli və davamlı sülhün əldə edilməsinin vacibliyini müzakirə ediblər”, – xarici siyasət idarəsinin məlumatında diqqətə çatdırılıb.
.