Əfqanıstanın sabiq prezidenti Əşrəf Qəni ölkəni tərk etməzdən qısa bir müddət öncə ABŞ-ı inandırmışdı ki, “Taliban” hərəkatı ilə ölənədək mübarizə aparmaq niyyətindədir.

Bunu Əfqanıstanın “TOLOnews” telekanalına müsahibəsində ABŞ dövlət katibi Entoni Blinken deyib.

O bildirib ki, sabiq prezidentlə hakimiyyətin ötürülməsi ilə bağlı müzakirə aparıb.

Qeyd edək ki, “Taliban” hərəkatının Kabili mühasirəyə almasından sonra Əşrəf Qəni istefa verərək ölkəsini tərk edib. O, bu qərarını Kabili və onun 6 milyon sakinini xilas etmək istəməsi ilə əlaqələndirib.

.