"Birbaşa dialoq və diplomatiya Cənubi Qafqazda davamlı sülhə aparan yeganə yoldur".

Bunu ABŞ dövlət katibi Entoni Blinken "Twitter"də bildirib.

"Azərbaycanla sülhün təmin edilməsi istiqamətində davam edən səylərə güclü dəstəyimi bir daha bəyan etmək üçün dünən Ermənistan Baş naziri Nikol Paşinyanla telefonla danışdım. Birbaşa dialoq və diplomatiya Cənubi Qafqazda davamlı sülhə aparan yeganə yoldur və mən bunu asanlaşdırmağa kömək etməyə sadiqəm", - Blinken qeyd edib.

.