ABŞ Dövlət katibi Entoni Blinken Almaniyaya səfər edəcək.

Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Dövlət katibi Blinken noyabrın 3-ü və 4-də G7 xarici işlər nazirlərinin görüşü və ABŞ-Almaniya Forumunda iştirak etmək üçün bu ölkənin Munster şəhərinə səfər edəcək.

“G7 nazirləri bir sıra aktual qlobal çağırışları, həmçinin G7-nin demokratik, suveren və firavan Ukraynaya davamlı dəstəyi, Afrika və Hind-Sakit Okean regionunda iqtisadi və demokratik dayanıqlığın gücləndirilməsi, iqlim böhranı ilə mübarizə, qlobal sağlamlıq təhlükəsizliyi və Rusiyanın Ukraynaya qarşı müharibəsi nəticəsində yaranan ərzaq və enerji böhranları müzakirə edəcəklər.

Dövlət katibi Blinken, həmçinin Almaniyanın XİN başçısı Annalena Berbok ilə Forumda rəqəmsal dünyada demokratiyanın gələcəyinə dair panel müzakirəsinə də qatılacaq”, - məlumatda deyilir.

.