ABŞ və onun G7 tərəfdaşları bu gün və həmişə Ukraynanın yanında olacaq.
Bu barədə ABŞ Dövlət katibi Antoni Blinken sosial media hesabında paylaşım edib.
"Müstəqilliyinin 33-cü ilini qeyd edən Ukrayna xalqının öz suverenlik və azadlıqlarının müdafiəsində göstərdikləri əzmkarlığı və fədakarlığı alqışlayırıq. Onların cəsarəti Rusiya qarşısında sarsılmazdır. Biz və G7 tərəfdaşlarımız bu gün və həmişə Ukraynanın yanındayıq", - dövlət katibi bildirib.
.