“ABŞ Azərbaycanla Ermənistan arasında birbaşa dialoqun tərəfdarıdır və bunu 2 ölkə arasında sülhün açarı hesab edir”.

Bunu ABŞ-ın dövlət katibi Entoni Blinken Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan XİN rəhbəri Ararat Mirzoyan arasında Vaşinqtonda ikitərəfli görüşü açarkən deyib.

“ABŞ Azərbaycanla Ermənistan arasında sülh danışıqlarına sadiqdir. Birbaşa dialoq möhkəm sülh üçün ən yaxşı vasitədir. Biz bunu dəstəkləməkdən məmnunuq” - deyə Blinken vurğulayıb.

.