FIFA-nın keçmiş prezidenti Jozef Blatter və UEFA-nın sabiq rəhbəri Mişel Platini korrupsiya işi üzrə bəraət alıb.

Bu qərarı İsveçrə Federal Məhkəməsi verib.

Ötən ilin noyabrında federal prokurorlar onları ittiham etmiş, FIFA tərəfindən Platiniyə qeyri-qanuni şəkildə 2 milyon İsveçrə frankı ödənildiyi iddia olunmuşdu. Onların 18 aylıq şərti həbs cəzası tələbi qəbul edilməyib.

Bellinzona şəhər məhkəməsi sabiq futbol funksionerlərinin bəraətinə qərar verib.

.