Türkiyə 44 günlük Vətən müharibəsində Azərbaycanın yanında oldu, eyni zamanda media sahəsində əlindən gələni etdi. Biz əl-ələ verəcəyimiz halda, aşa bilməyəcəyimiz maneə olmadığını gördük.
Bunu bu gün Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 3-cü toplantısında çıxış edən Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun deyib.
O qeyd edib ki, Türkiyə ilə Azərbaycam arasında yaradılmış media platforması önəmli bir örnək təşkil edir: “Biz türkdilli dövlətlər bu plaftomanı genişləndirməli, daha da gücləndirməli və təhdidlərə qarşı birgə mübarizə aparmalıyıq”.
.
