Böyük Britaniyanın Nortamberlend qraflığında yaşayan 70 yaşlı qadın bit bazarından aldığı əşyaları təmizləyərkən qarşısına üzük çıxıb.

Üzüyün üzərində olan daşın brilyant olduğunu başa düşməyən qadın onu yoxlamaq üçün yaxınlıqdakı hərrac evinə aparmaq qərarına gəlib.

Yaşlı qadının dəyərsiz hesab etdiyi üzüyün 2,7 milyon dollar dəyərində 34 karatlıq brilyant olduğu ortaya çıxıb.

Artıq qiymətli əşya sertifikatlaşdırılıb və ekspertiza üçün Belçikanın Antverpen şəhərinə göndərilib.

Üzüyün noyabrın 30-da Londonda hərraca çıxarılacağı gözlənilir.

.