
İspaniya La Liqasının 14–cü həftəsində "Valensiya” klubu "Getafe” komandasının qonağı olub.
"Getafe” matçın 66-ci dəqiqəsində hesabı açıb və qonaq komandanı 1:0 hesabı ilə məğlub edib.
Beləliklə, İspaniya Liqasında 14-cü həftəyə qədər məğlub olmadan gələn "Valensiya” üçün bu dövr başa çatıb. Liqanın lideri "Barselona”nın xal itirməsi ilə yaranmış avantajdan mövsümə aktiv başlayan "Valensiya” da istifadə edə bilməyib. Beləlikə, ilk dəfə məğlubiyyət yaşayan komanda 31 xalla 2-ci yerdə qərarlaşıb.