Dünya şöhərtli teleaparıcı Opra Uinfri bir tvit yazmaqla 12 milyon dollar qazanıb.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, aparıcı "Tvitter” səhifəsində 13 dəqiqəlik video-çarx yerləşdirərək necə 12 kiloqram itirməsindən danışıb. O, çörəkdən imtina etməyərək, "Weight Watchers” şirkətinin arıqlamaq üçün nəzərdə tutulmuş məhsullarından istifadə yolu ilə artıq çəkilərindən xilas olduğunu bildirib.

Bu video-çarxın yayımlanmasından cəmi bir neçə saat sonra isə Opranın reklam etdiyi şirkətin səhmləri 2 dollar bahalaşıb və nəticədə aparıcı şirkətin əlində olan 6 milyon ədəd qiymətli kağızından 12 milyon dollar qazanıb.

Bununla da O.Uinfrinin bir tviti onu zəngin edib.
.