Bir qrup xarici QHT nümayəndəsi Azərbaycanın Qarabağ regionunun erməni sakinlərinin reinteqrasiyasının Ermənistan tərəfindən əngəllənməsi haqqında bəyanat yayıblar.
Yenizaman-ın xəbərinə görə, bəyanatda deyilir:
"Biz, aşağıda imzası olan vətəndaş cəmiyyəti təşkilatları, beynəlxalq ictimaiyyətin diqqətini Ermənistan hökumətinin və qeyri-qanuni rejimin qalıqlarının öz siyasi məqsədlərinə çatmaq üçün yaratdıqları süni maneələrə cəlb etmək məqsədilə müştərək bəyanat yayırıq.
Çoxmillətli ölkə olan Azərbaycan ərazisində yaşayan ermənilərin və digər etnik azlıqların bərabər hüquqlar çərçivəsində, dinc şəkildə yaşaya və işləyə bilməsi üçün əlverişli mühit yaradır. Azərbaycan Respublikasının Konstitusiyası etnik və dini mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşlara bərabər hüquqlar şamil edir.
Azərbaycan öz Konstitusiyasına, qanunvericiliyinə uyğun olaraq, Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərinin hüquq və təhlükəsizliyini də təmin edəcəkdir.
Ermənistanın bir sıra məmurları tibbi evakuasiya üçün funksional olan Laçın yolu haqqında siyasi manipulyasiya və spekulyasiya yaratmağa çalışır. Bu iddialar tamamilə əsassızdır və təkzib edirik.
Əvvəla, Laçın yolu Azərbaycanın suveren əraziləri daxilində yerləşir. Azərbaycan öz suveren hüququndan istifadə edərək, dövlət sərhədində Laçında nəzarət-buraxılış məntəqəsi yaratmışdır ki, bu da Azərbaycanın Qarabağ bölgəsindəki erməni sakinləri, Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) və Azərbaycanda müvəqqəti dislokasiya olunmuş Rusiya sülhməramlıları tərəfindən də istifadə olunur. Beynəlxalq Ədalət Məhkəməsi 6 iyul tarixli Sərəncamı ilə Ermənistanın tələbini rədd etməklə yanaşı, Azərbaycanın sərhəddə keçid məntəqəsinin yaradılması ilə bağlı addımının suveren və qanuni qərar olduğunu bir daha təsdiqləyib.
Azərbaycan tərəfinin Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin ehtiyaclarını ödəmək üçün Ağdam-Xankəndi yolundan istifadə etmək təklifi beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilib. Avropa Şurasının prezidenti cənab Çarlz Mişel də bu yaxınlarda Ağdam-Xankəndi yolunun istifadəsini dəstəklədi. Beynəlxalq Qızıl Xaç Komitəsi də humanitar yardım üçün çox əlverişli və işlək olan bu yoldan istifadə etməyə hazırdır. Ağdam-Xankəndi yolu hər növ yüklərin daşınması üçün tam işlək vəziyyətdədir. Amma qanunsuz rejimin qalıqları Qarabağda sadə erməniləri girov götürür və bu yoldan istifadə etməkdən imtina edirlər.
Humanitar böhran iddiaları, Ermənistanın və qanunsuz rejimin qalıqlarının provokasiyaları yalnız siyasi tamaşadan ibarətdir. Ermənistan Qarabağdakı ermənilərin gündəlik ehtiyaclarının Azərbaycan hökuməti vasitəsilə asanlıqla həllinə mane olmaqla reinteqrasiya prosesini əngəlləyir.
Beynəlxalq ictimaiyyət bilməlidir ki, Azərbaycan blokada yaratmır; əksinə, yardım təklif edir. Lakin qeyri-qanuni rejimin qalıqlarının təxribatları humanitar yardımdan imtina deməkdir.
Bu, həmin Ermənistan tərəfidir ki, 30 ildən artıqdır Naxçıvan Muxtar Respublikasını blokadada saxlayır. Bu blokada Naxçıvanın Azərbaycanın digər hissəsi ilə quru əlaqəsinə mane olur, insanların və malların gediş-gəlişini əngəlləyir. Davam edən blokada Naxçıvan əhalisinə, onların iqtisadi fəaliyyətlərinə, zəruri xidmətlərə çıxışına və öz ölkəsi daxilində hərəkət azadlığına ciddi təsir göstərir.
Ermənistan rəhbərliyi və qanunsuz rejimin qalıqları Qarabağ bölgəsinin erməni sakinlərinə təzyiq göstərir, öz siyasi məqsədlərinə çatmaq və reinteqrasiyaya qəsdən mane olmaq üçün onlar yerli sakinləri girov kimi istismar edirlər. Reinteqrasiya məqsədilə Azərbaycan yerli ermənilərlə fəal şəkildə əlaqə yaradır. Bu məqsədlə Azərbaycandan təmsilçi qismində məsul şəxs təyin edilib. Lakin Ermənistan tərəfi danışıqlarda irəliləyişə mane olub və ilk görüşdən sonra aidiyyəti olmayan ilkin şərtlər irəli sürərək təmasları davam etdirmək üçün Bakıya gəlməkdən imtina edib.
Azərbaycan Qarabağda su təchizatı, nəqliyyat və elektrik təchizatı ilə bağlı problemləri həll etmək üçün ixtisaslı şirkətləri cəlb etməklə uğurlu layihələr həyata keçirib. 2020-ci il müharibəsinin ardınca Azərbaycan yerli ermənilərin də istifadə etdiyi yeni, müasir tələblərə cavab verən Laçın yolunu çəkdi. Qarabağda yaşayan ermənilərin Azərbaycana reinteqrasiyası eyni zamanda onların yaşayış standartlarını da yüksəldəcəkdir.
Qeyd edək ki, azərbaycanlılar Rusiyanın sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindən, məsələn, Xocalı , Xankəndi , Şuşanın kəndlərindən 30 il əvvəl qovulublar. Azərbaycanlı keçmiş məcburi köçkünlərin Qarabağa qayıtması ermənilərin tez-tez istinad etdiyi 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın 7-ci maddəsində açıq şəkildə göstərilib. Azərbaycan öz keçmiş məcburi köçkünlərinin dinc, ləyaqətli və təhlükəsiz şəkildə öz yurd yerlərinə qayıtmasını təmin edəcəkdir.
Biz Ermənistan hökumətini təxribatları dayandırmağa çağırırıq, çünki onlar Qarabağın erməni sakinlərinin Azərbaycana reinteqrasiyasına mane olur və regionda sülh və təhlükəsizliyə nail olmaq üçün süni maneələr yaradırlar.
Biz beynəlxalq təşkilatlara müraciət edirik ki, adekvat reaksiya versinlər və Qarabağ ermənilərinin Azərbaycana reinteqrasiyası prosesini dəstəkləsinlər.
Bəyanatı aşağıdakı şəxslər imzalayıblar:
1. Erlina Burhan, Professional Koalisiya Təşkilatı, İndoneziya
2. Ridivani Sadiki, Kənd Yerlərinin İnkişafı Naminə Vətəndaş Şəbəkəsi, Keniya
3. Pərvanə Vəliyeva, Miqrasiya və Sağlamlıq üzrə Regional Ekspert qrupu, Azərbaycan
4. Violet Vasonga, Nyando Sosial Ədalət təşkilatı, Keniya
5. Patsi Stillo, “Partners in Health” təşkilatı, Amerika Birləşmiş Ştatları
6. Çarlz Qvist, “Carepal” Fondu, Qana
7. Peter Oviti, “Vot” Gəncliyin İnkişafı Layihələri Təşkilatı, Keniya
8. Mahmud Husain, Beynəlxalq İnsan Hüquqları Komissiyasının fəalı, Hindistan
9. Eliud Emeri, Turkana Bio Aloe Təşkilatı (TUBAE), Keniya
10. Zişan Əhməd, ictimai fəal, Pakistan
11. Haşim Əbdül Halim, Qərbi Benqal Hökumətinin Səhiyyə və Ailə Rifahı Departamenti, Hindistan
12. Piter Musyoka, “Twene Mbee” Şəbəkəsi və İnkişaf Qrupu, Keniya
13. Məryəm Daneş, ictimai fəal, Amerika Birləşmiş Ştatları
14. Elyud İdoket, “Grassroots” Təşkilatları Konsorsiumu, Keniya
15. Fred Vanyonyi, REDO təşkilatı, Keniya".
.