
Gürcüstanın sərhəd polisinin əməkdaşları Gürcüstan-Azərbaycan dövlət sərhədini qanunsuz keçməyə cəhd etdiklərinə görə Suriyanın üç vətəndaşını saxlayıb.
Bu barədə oxu.az "Sputnik-Georgia” saytına istinadla xəbər verir.
"İstintaq müəyyən edib ki, saxlanılan şəxslər sərhəd keçid məntəqəsindən yan keçməklə Gürcüstan sərhədini Azərbaycan respublikası istiqamətinə qanunsuz keçməyə cəhd ediblər”, - Gürcüstanın Daxili İşlər Nazirliyinin məlumatında deyilir.
Gürcüstan sərhədini qrup şəklində qanunsuz keçməyə cəhd faktı üzrə istintaqı sərhəd polisinin Baş istintaq-əməliyyat idarəsi aparır.
Suriyalıları dörd ildən beş ilədək həbs gözləyir.
.