Türkiyə mətbuatı  xəbər verir ki, İraqın Sincar bölgəsində İraq Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasının əlinə düşməmək və namusunu qorumaq üçün bəzi yezidi qadınlar dağdan özlərini ataraq intihar ediblər. 
Yayılan məlumatlara görə, bölgədə daha bir dəhşətli hadisə də baş verib. Bir ata İŞİD-ə əsir düşməmək üçün 2 qızını daha sonra isə özünü öldürüb.
Daha bir hadisə isə Sincarın şimalında baş verib. Avropda yaşayan qohumları ilə danışan Həyat adlı 16 yaşlı qız, İŞİD döyüşçüləriin evə girdiyini gördüyü zaman qohumları ilə vidalaşaraq əlindəki silahla özünü öldürüb. Rəsmi məlumatlara görə, qaçırılan kürd, yezidi, türkmən və ərəb qadınları bazarlarda satılır. İŞİD hücumlarından sonra 7500-ə yaxın qadının itkin düşdüyü bildirilir. Onlardan 4 min qadının İŞİD-in əlində olduğu deyilir.
.