Bir neçə Avropa ölkəsi Böyük Britaniya ilə nəqliyyat əlaqələrini bağlamaqla bağlı qərar qəbul edib.

“RİA Novosti”  bildirir ki, bu qərar Böyük Britaniyada koronavirusun yeni mutasiyasının aşkar olunması ilə bağlıdır.  

Niderland hökuməti 1 yanvara kimi oradan gələn təyyarələri qəbul etməyəcək. Qərar bu gün səhərdən qüvvəyə minib. Hökumət nümayəndələri açıqlayıb ki, bu qərar müvəqqətidir, hələ ki, virusun yeni mutasiya forması üzərində araşdırma aparılır.

Belçika da Niderlandın ardınca Böyük Britaniya ilə sərhədləri bağlayıb.

İtaliya da adı çəkilən ölkələrdən nümunə götürüb. Bu barədə ölkənin xarici işlər naziri Luigi Di Maio məlumat verib. 

Merkel də AB sərhədlərinin britaniyalılar üçün bağlanmasını istəyir

Alman hökuməti Avropa Birliyindən Böyük Britaniyaya uçuş qadağasınını tətbiq etməsini istəyir.

Bu barədə “Bild” qəzeti məlumat verib.

Rəsmi Berlin istəyir ki, qadağalar 21 dekabrdan 6 yanvaradək tətbiq olunsun.

Məqalədə deyilir ki, hələ AB-yə dəniz yolu və La-Manş kanalı ilə girişə icazə verilib-verilməyəcəyi sualı açıq qalır. Beləliklə, Almaniya Böyük Britaniyada koronavirus mutasiyasının meydana gəlməsinə öz reaksiyasını göstərib.

Almaniyanın kansleri Angela Merkel bildirib ki, gün ərzində bu barədə Fransa prezidenti Emmanuel Makron ilə telefon danışıqları aparacaq.

.