Masallı rayonunun İsgəndərli kəndində Ramal Abdulhüseynova məxsus evdə də yanğın hadisəsi baş verib.

ARB TV xəbər verir ki, ev sahibləri içəridə olsalar da, hadisədən gec xəbər tutublar.

Fövqaladə Hallar Nazirliyinin Masallı Dövlət Yanğından mühafizə şöbəsinin yanğınsöndürənləri əraziyə cəlb olunublar və ailə üzvləri yanan evdən xilas edilib.

Xəsarət alan 30 yaşlı Ramil Abdülhüseynova lazımi tibbi yardım göstərilib. O, rayon mərkəzi xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Vəziyyəti orta-ağır qiymətləndirilir.

1 mərtəbəli, 5 otaqlı tikilnin 3 otağı içindəki əşyalarla birlikdə yararsız hala düşsə də, evin qalan hissəsi alovdan qorunub.

Yaşar Abdülhüseynov - Ev sahibinin qardaşı: "Gəlib gördüm ki, ev yanır. Yanğınsöndürənlər gəlib söndürməyə çalışdılar. Evdən bir dənə qara çöp çıxmadı, hamısı külə döndü"

Fakt araşdırılır.

Yenizaman.az
.