Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nuridə Allahyarovanı tutduğu vəzifədən azad edib.
Modern.az saytı Binəqədi Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlasa da başçısının xanım əməkdaşı işdən çıxarmasının səsəbləri açıqlanmayıb.
Nuridə Allahyarovanın özü də işdən çıxmasına aydınlıq gətirməyib. Yalnız facebook sosial şəbəkəsində işdən çıxdığını təsdiqləyən status yazıb: "Son bir həftədə ünvanladığınız sualları artıq cavablandırmaq səlahiyyətində olmadığım üçün facebookun imkanlarından yararlanmaq istədim. Artıq Binəqədi RİH-də çalışmadığımı və işdən ayrıldığımı yazmaq qərarına gəldim ki, müəyyən məsələlərlə bağlı sualları qurumun aidiyyatı şöbəsinə və səlahiyyətlilərinə ünvanlayasınız” .
Qeyd edək ki, Nuridə Allahyarova təxminən bir il öncə Xaləddin İsgəndərov tərəfindən vəzifəyə təyin olunmuşdu.
.
