Avqustun 21-də Binəqədi qəsəbəsində yaşayan Əfsanə Məmmədovanın evində tanışı - Gədəbəy rayon sakini Fidani İsmayılov münaqişə zəminində qətl törədib.
Lent.az-ın DİN-in saytına istinadən məlumatına görə, Əfsanəyə və onun qardaşı Anara bıçaqla xəsarət yetirən Fidani hadisə yerini tərk edib.
Nəticədə Anar hadisə yerində ölüb, Ə.Məmmədova isə xəstəxanaya yerləşdirilib.
Binəqədi RPİ 4-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində F.İsmayılov tutulub.
Cinayət işi ilə bağlı araşdırma aparılır.
.
