Binəqədi şosesi ətrafında yaşayan əhali Bakı-Sumqayıt yolunu bağlayıb.
Hadisə yerində olan əməkdaşımızın Axar.az-a verdiyi məlumata görə, sakinlərin yolu bağlamasına səbəb uzun müddətdir içməli suyun verilməməsidir. Sakinlərin sözlərinə görə, onlara yeni xətlər çəkiləndən sonra suyun veriləcəyi deyilib. Lakin 1 aydır nə yeni xətt çəkilir, nə də su verilir.
Hadisə yerinə rəsmilərdən heç kim gəlməyib.
.
