Bakıda avtomobil 12 yaşlı uşağı vurub.

Hadisə Binəqədi rayonunun S.Bəhlulzadə küçəsi, ev 107 ünvanının qarşısında qeydə alınıb.

Naməlum avtomobil Bakı şəhər sakini 2004-cü il təvəllüdlü Nadır Şəfiyevi vuraraq ərazidən uzaqlaşıb.

N.Şəfiyev xəstaxanaya yerləşdirilib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır.("Report”)
.