Türkiyənin baş naziri Binali Yıldırım Qurban bayramı günü namazını qıldıqdan sonra polislərlə nahar masası arxasına oturub.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, söhbət zamanı polislərdən biri baş nazirdən xahiş edib ki, onun üçün elçilik edərək sevdiyi qızı ailəsindən istəsin.
B.Yıldırım qızın ailəsinə zəng vuraraq danışıb və ailəsinin razılığını alıb. Baş nazir daha sonra həmin polisin anasına da zəng vuraraq bu haqda xəbər verib.
