"Dörd gün sonra Qarabağ Zəfərini qeyd edəcəyik. 44 gün davam edən Vətən müharibəsində işğal altında olan Azərbaycan torpaqları bərpa edilib".

Bunu Türkiyənin keçmiş Baş naziri Binəli Yıldırım deyib.

O bildirib ki, Türkiyə hər zaman qardaş Azərbaycanın yanında olub və bundan sonra da yanında olacaq.

"Azərbaycana - qardaş ölkəyə gəlmişik. Bir millət, iki dövlət olaraq qiymətləndirdiyimiz gözəl, can Azərbaycanda bu gün sayca 8-ci olan Qlobal Bakı Forumu keçirilir. Əvvəllər bu forumlardan birində iştirak etmişəm. Budəfəki Forumda koronavirus pandemiyasından sonrakı dövrdə formalaşacaq yeni dünya düzənində regional və beynəlxalq məsələlərin inkişafı geniş müzakirə olunacaq. Bu gün dünyanın hər bir yerindən bu foruma gələnlər var", - B.Yıldırım əlavə edib.

Keçmiş Baş nazir: "Zəngəzur dəhlizinin açılması ilə bağlı işlər davam etdirilir"

"Zəngəzur dəhlizinin açılması ilə bağlı işlər davam etdirilir".

Bunu Türkiyənin keçmiş Baş naziri Binəli Yıldırım Bakıda jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu dəhliz bütün region ölkələri üçün faydalı olacaq: "Bu dəhliz İran və digər bölgə ölkələri üçün, o cümlədən Ermənistan üçün də faydalıdır. Onu da qeyd edim ki, İran Türkiyə kimi köklü bir dövlətdir. Zəngəzur dəhlizinin bir çox yöndən bölgə ölkələrinə faydası olacaq".

.