Bakının Binə qəsəbəsində bıçaqlanma hadisəsi olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, avqustun 30-da Xəzər rayonunun Binə qəsəbəsində qəsəbə sakini Rza Bayramov münaqişə zəminində Bakı şəhər sakini Elşən Qafarova bıçaqla xəsarət yetirib könüllü Xəzər RPİ-yə gələrək istintaqa təslim olub. 

E.Qafarov hadisə yerində ölüb. 

.