Binə Hava Limanındakı köhnə terminal gələn aydan etibarən fəaliyyətini dayandıracaq.
Bunu milli.az-a "Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkətinin mətbuat katibi Məhərrəm Səfərli bildirib.
Onun sözlərinə görə, dekabr ayının 1-dən etibarən bütün reyslər yeni inşa olunmuş terminaldan həyata keçiriləcək.
Qeyd edək ki, hazırda yeni aeroportdan yalnız AZAL-a məxsus reyslər üçün istifadə olunur.
.