Binə Ticarət Mərkəzində 4-cü və 5-cı sıralarda hər birinin sahəsi 40 kv. m olan 45 ədəd müxtəlif geyim və paltar satışı mağazalarının plastik materiallardan ibarət arakəsmələri, dam örtükləri və içərisindəki mallar 1800 kv. m sahədə yanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Ticarət mərkəzinin qalan hissəsi yanğından mühafizə olunub. Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri tərəfindən müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilib. Yanğın saat 02.25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
***
Gecəyarısı "Binə” Ticarət Mərkəzində yanğın söndürülüb. Yanğın nəticəsində bazarın iki korpusuna ziyan dəyib.
***
Saat 20.30-a yaxın "Binə” Ticarət Mərkəzində güclü yanğın baş verib. Şahidlərin sözlərinə görə, "5-ci sıra” adlanan yer yanıb. Yanğının söndürülməsinə FHN qüvvələri cəlb edilib.
