Bakıda avtomobillər qarət olunub.
ARB TV xəbər verir ki, hadisə Xətai rayonu, Babək prospekti 92 ünvanında baş verib.
Çoxmərtəbəli binanın zirzəmisindəki avtodayanacağa gecə saat 3-4 radələrində girən naməlum şəxs və ya şəxslər 9 avtomobilin şüşəsini yan tərəfdən qıraraq içərisindən əşyalar götürüblər. Oğurluq mühafizə edilən qarajda qeydə alınıb. Bu, həmin ünvanda baş verən ilk belə hadisə deyil. Bir müddət əvvəl sözügedən ünvanda yaşayan vətəndaş Ağasəməd Məmmədovun evindən qızıl-zinət əşyaları və 1000 manat pul götürülüb.
Xətai Rayon Polis İdarəsi əməmkdaşları əməliyyat-axtarış tədbirləri aparırlar.
Yenizaman.az


