Sumqayıtda bina yanıb.

Yenizaman.az Fövqəladə Halllar Nazirliyinin saytına istinadən xəbər verir ki, Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 25 m2 olan kafenin mətbəxinin yanar konstruksiyaları və mətbəx əşyaları 8 m2 sahədə yanıb. 

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 12 nəfər bina sakini təxliyyə olunub. 

Kafenin qalan hissəsi və mənzillər yanğından mühafizə olunub. 

Yanğın saat 12:02-də yanğınsöndürənlər tərəfindən söndürülüb. 
.