Biləsuvar rayonunda güclü sürətlə hərəkət edən minik avtomobili işıq dirəyinə çırpılıb. Yenizaman.az ARB Cənub-a istinadla bildirir ki, hadisə rayonun Nizami Gəncəvi küçəsində qeydə alınıb. Rayon sakini 1995-ci il təvəllüdlü Rzazadə Elməddin İslam oğlunun idarə etdiyi "VAZ” markalı avtomobili yoldan çıxaraq əvvəlcə divara, sonra isə işıq dirəyinə çırpılıb.
Zərbənin təsirindən avtomobilə və elektrik dirəyinə ciddi ziyan dəyib. Avtomobil yararsız hala düşsə də xoşbəxtlikdən ölüm hadisəsi qeydə alınmayıb.
Faktla bağlı araşdırma aparılır.
