
Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən şəxslərə qarşı ardıcıl əməliyyat tədbirləri keçirilib.
Yenizaman-a Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, həyata keçirilən tədbirlərlə Əli Tağıyev, Maqsud Əliyev, Mərahim Alcanov saxlanılıb. Onlardan ümumilikdə 5 kiloqram tiryək, meramfetamin və marixuana aşkarlanıb.
Şöbə əməkdaşlarının qanunsuz saxlanılan odlu silah-sursatın aşkarlanması istiqamətində keçirdikləri tədbirlərlə isə Dövlət Xəlilov saxlanılıb. Ondan 1 ədəd "AKS-74U" markalı avtomat, 19 ədəd patron və marixuana aşkar edilib.
Faktlarla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
.