Biləsuvarda silahlı insident zamanı iki nəfər güllələnib, onlardan biri ölüb. APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə ötən gün axşam saatlarında rayonun Amankənd kəndi ərazisində qeydə alınıb. Həmin kəndin sakini, 1988-ci il təvəllüdlü Adil Alim oğlu Əliyev qardaşı tərəfindən odlu silahla qətlə yetirilib. Digər kənd sakini, 1992-ci il təvəllüdlü Şahin Azər oğlu Əliyev isə baş nahiyyəsindən yaralanıb. Yaralı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Ölümlə nəticələnən silahlı insidentin təfərrüatı məlum olub.

"Report”un Aran bürosunun məlumatına görə, rayonun Amankənd sakini Asim Alim oğlu Əliyev həmkəndlisi Şahin Azər oğlu Əliyevlə mübahisə edib. Sonra A.Əliyev evə gələrək "TOZ-8” markalı ov tüfəngini götürüb və yenidən Ş.Əliyevlə mübahisə etməyə gedib. Bu zaman onun qardaşı Adil Alim oğlu Əliyev mübahisə edənləri ayırmağa çalışıb. Lakin, qəfildən açılan atəşlə Asim Əliyev qardaşını güllələyib. Həmkəndlisi Ş.Əliyev isə baş nahiyəsindən güllə yarası alıb.

Yaralı Biləsuvar Rayon Mərkəzi Xəsətəxanasına yerləşdirilib. Xəstəxanadan "Report”a bildirilib ki, onun vəziyyəti ağır olaraq qalır.

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları Asim Əliyevi tutub.

Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.


.