
Bakının Biləcəri qəsəbəsində dəhşətli partlayış baş verib.
"Deyerler.org"un verdiyi xəbərə görə, partlayış Biləcəri dairəsində "Army" marketinin yerləşdiyi binada baş verib. İlkin ehtimala görə, partlayış "Army" marketinin anbarında qaz sızması nəticəsində baş verib. Həlak olan və yaralananların olduğu bildirilir.
Vesti.az-a Binəqədi Polis İdarəsindən verilən məlumata görə, hadisə nəticəsində iki nəfər ölüb və beş mağaza işçisi yaralanıb.
APA-nın məlumatına görə, hadisə saat 17:30 radələrində Biləcəri qəsəbəsində, Bakı Beynəlxalq Avtovağzalı yaxınlığında yerləşən "Army” marketdə qeydə alınıb. Partlayış nəticəsində marketdə yanğın meydana gəlib. Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib. Xilasedicilər uçqun altında qalan bir nəfəri xilas edib.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən bildirilib ki, hazırda yanğınsöndürənlər yanğının qarşısının alınması istiqamətində tədbirləri davam etdirir.
Bakı şəhər Təcilli Tibbi Yardım Stansiyasından verilən məlumata görə, marketdə baş verən hadisə nəticəsində bir neçə nəfər xəsarət alıb və yaralılar müxtəlif xəstəxanalara yerləşdiriliblər.