Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının sədri, milyarder Bidzina İvanişvili siyasəti tərk edir.

Bu barədə o, özünün açıq məktubunda bildirib.

“Düşünürəm ki, mənim missiyam tamamlanıb. Mən nəhayət siyasətdən və idarəetmə sahəsindən tamamilə uzaqlaşmaq barəsində qərar qəbul etmişəm. Mən partiya sədri vəzifəsini tərk edərək 2011-ci ildən əvvəlki özəl həyat tərzimə geri dönəcəyəm. Bu gün hakim komanda bütün siyasi aktorlar arasında həqiqətən də ən yaxşı və alternativsizdir. Mən əminəm ki, bu komandanın üzvləri mənim işimi, səlahiyyətimi və bacarıqlarımı ləyaqətlə əvəzləyə bilərlər. Mən siyasəti fəxrlə, qalib kimi və minnətdar bir şəkildə tərk edirəm. İnsanlar mənim dövlətin və ölkənin maraqlarına uyğun fəaliyyət göstərdiyimi görə bilirdilər. Mən əminəm ki, gürcü xalqı mənim bu addımımı təqdir edəcək”, - deyə açıq məktubda bildirilib.

.