Göyçay və ətraf rayonlarda Azərbaycan Dövlət Televiziyasını (AzTV) və İctimai Televiziyanı (İTV) yalnız peyk yayımı vasitəsi ilə izləmək mümkündür.
Lent.az-ın məlumatına görə, gecə saat 1-dən sonra adıçəkilən kanalların adi ötürücülər vasitəsi ilə yayımı dayanır. Məlumata görə, bu barədə Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov göstəriş verib.
Qeyd edək ki, AzTV və İTV-dən fərqli olaraq özəl kanallar 24 saat ərzində adıçəkilən bölgədə maneəsiz yayımlanırlar. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Teleradio” İstehsalat Birliyindən faktı təsdiq ediblər. Qurumdan bildiriblər ki, bu, rəqəmsal yayıma keçidlə bağlıdır.
.