Respublikanın bəzi bölgələrində yanğın təhlükəsinin kompleks göstəricisi açıqlanıb.
Yenizaman kompleks göstəriciləri təqdim edir:
Naxçıvan MR (Şərur, Naxçıvan, Şahbuz, Culfa, Ordubad) üzrə 09.08.2023-cü il tarixində yanğın indeksi Şahbuz, Ordubad, Şərur, Naxçıvan, Culfada çox yüksək yanğın təhlükəsi növünə çatıb.
Gəncə-Qazax (Gəncə, Şəmkir, Tovuz, Göygöl, Naftalan, Tərtər, Ağstafa, Ağdam, Daşkəsən, Gədəbəy) bölgəsi üzrə 09.08.2023-cü il tarixində yanğın indeksi Göygöl, Şəmkir, Daşkəsən, Gədəbəydə orta, Tovuzda yüksək, Ağdam, Naftalan, Tərtər, Ağstafa, Gəncədə isə çox yüksək yanğın təhlükəsi növünə çatıb.
Balakən-Şəki ( Şəki, Qax, Oğuz, Qəbələ, Zaqatala, Balakən) bölgəsi üzrə 09.08.2023-cü il tarixində yanğın indeksi Şəki, Qax, Zaqatala, Balakəndə orta, Qəbələ, Oğuzda isə yüksək yanğın təhlükəsi növünə çatıb.
Quba-Xaçmaz (Qusar, Quba, Şabran, Şahdağ, Xızı) bölgəsi üzrə 09.08.2023-cü il tarixində yanğın indeksi Şahdağda kiçik, Qusar, Xızıda yüksək, Quba, Şabranda isə çox yüksək yanğın təhlükəsi növünə çatıb.
Dağlıq Şirvan (İsmayıllı, Şamaxı, Qobustan) bölgəsi üzrə 09.08.2023-cü il tarixində yanğın indeksi İsmayıllı, Şamaxıda yüksək, Qobustanda isə çox yüksək yanğın təhlükəsi növünə çatıb.
Lənkəran-Astara (Yardımlı, Lerik, Lənkəran, Astara) bölgəsi üzrə 09.08.2023-cü il tarixində yanğın indeksi Lerik, Astarada orta, Yardımlıda yüksək, Lənkəranda isə çox yüksək yanğın təhlükəsi növünə çatıb.
Qeyd edək ki, avqustun 10-da əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gündüz saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək.
Bəzi rayonlarda yanğın indeksinin yüksək olduğunu nəzərə alaraq əhalinin ehtiyyatlı olması tövsiyə olunur.
.