
Qarabağ və Şərqi Zəngəzura səfər çərçivəsində MTP (“Most Traveled People”) beynəlxalq səyyahlar klubunun üzvləri Kəlbəcərdə olublar.
Qonaqlar Ermənistanın işğalı dövründə törədilmiş dağıntılarla tanış olublar.
Səyyahlara şəhərdə aparılan genişmiqyaslı tikinti-bərpa işləri, o cümlədən yeni infrastruktur obyektlərinin, yaşayış evlərinin və ictimai binaların tikintisi haqqında ətraflı məlumat verilib.
Qeyd edək ki, ötən gün Beynəlxalq səyyahlar klubu MTP üzvlərinin Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb. Nümayəndə heyətinə 15 ölkədən olan səyyahlar daxildir. Qrupa klubun təsisçisi, amerikalı səyyah Çarlz Vili rəhbərlik edir.
Üç gün ərzində iştirakçılar Füzuli - Xocavənd - Şuşa - Xankəndi - Xocalı - Ağdam - Kəlbəcər - Laçın - Zəngilan - Cəbrayıl marşrutu üzrə səyahət etməyi planlaşdırırlar.
Səfərin məqsədi işğaldan sonra bərpa edilmiş ərazilərlə, həmçinin regionda aktiv şəkildə aparılan genişmiqyaslı tikinti işlərinin gedişatı ilə tanışlıqdır.
.