Azad edilmiş ərazilərə səfər çərçivəsində beynəlxalq səyyahlar Azıx mağarasında olublar.

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəsi müavini Ağacavid Ramazanov səyyahlara mağaranın tarixi əhəmiyyəti və orada aparılan arxeoloji qazıntılar barədə məlumat verib.

O qeyd edib ki, arxeoloji tədqiqatlar zamanı mağarada məskunlaşmış azıxantrop və neandertal insan qruplarının sümükləri tapılıb.

Ağacavid Ramazanov bildirib ki, işğal dövründə Azıx mağarası vandallıq hallarına məruz qalıb.

.