Bu ilin oktyabr ayında 2013-cü ilin iyul ayından bu yana ilk dəfə avro dolları üstələyib.

SWIFT (The Society for Worldwide Interbank International Finance Telecommunication – Dünya Banklararası Beynəlxalq Maliyyə Telerabitəsi Cəmiyyəti) ödəmə sisteminin məlumatları xəbər verir ki, 2013-cü ilin iyul ayında beynəlxalq ödənişlərdə avronun payı 37,5 faiz, dolların isə 36,14 faiz olsa da, avqust ayında ABŞ pul vahidi yenidən 40,14 fazilik liderliyə yiyələnərək avronu 16,16 faizədək sıxışdırmışdı.

2020-ci ilin oktyabr ayında isə avro 37,82 faiz, dollar isə 37,64 faizlik göstəricilərə malik olub.

Qeyd edək ki, beynəlxalq ödənişlər və maliyyə məlumatları mübadiləsi sistemi olan SWIFT-yə dünya ölkələrinin böyük əksəriyyətindəki 11 mindən artıq ən böyük iqtisadi qurum qoşulub.

.