Səudiyyə Ərəbistanının başçılığı ilə beynəlxalq koalisiyaya məxsus hərbi təyyarələr Yəmənin əl-Bayda əyalətində fəaliyyət göstərən xəstəxanaya bomba zərbələri endirib.
Yenizaman.az-ın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, xəbər mənbə tərəfindən yayılıb.
Hava zərbələri əs-Savadiyyə rayonunda yerləşən "Əş-Şahid Seyf əs-Savadi" xəstəxanasına endirilib. Nəticədə tibbi avadanlıq sıradan çıxıb, binaya ciddi ziyan dəyib.
.