Azərbaycan Beynəlxalq Bankının (ABB) mətbuat xidmətinə yeni rəhbər təyin olunub. Bu barədə "Report"a ABB mətbuat xidmətinin yeni rəhbəri Yadigar Cəfərli özü məlumat verib.
Y.Cəfərli bu vəzifədə öz işinə başlayıb.
Tanınmış jurnalist Yadigar Cəfərli bundan əvvəl "Azər Türk Bank" və "Kapitalbank"da mətbuat xidmətində çalışıb. BDU-nun Jurnalistika fakültəsinin məzunu olan Y.Cəfərli 1998-ci ildən mətbuatda çalışır. "Şərq" və "Azərbaycan" qəzetlərinin əməkdaşı olub. Filologiya üzrə fəlsəfə doktorudur.
