Beyləqan rayonunda intihar hadisəsi baş verib.
Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə noyabrın 16-da Beyləqan rayonu Orta Əlinəzərli kəndində qeydə alınıb. Kəndin ərazisində yerləşən fermada işləyən rayon sakini Tünzalə Bayramova ov tüfəngindən atəş açaraq özünü öldürüb.
Hadisə yerindən müvafiq sənədləri olmayan "TOZ-16” markalı ov tüfəngi götürülüb.
Faktla bağlı Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
.